İmişli, Bərdə və Ağsu rayonlarında ödəmə terminallarından pul oğurlayan şəxs saxlanılıb
05.05.2022 [17:13]
Xəbərin mətni
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ödəmə terminallarından və mağazalardan silsilə oğurluq törədən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İmişli rayon Polis Şöbəsinə mayın 2-nə keçən gecə Çaxırlı kəndindəki mağazaların birindən 650 manat pul, orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından isə 4000 manatın oğurlanması barədə məlumat daxil olub.