CƏMİYYƏT


#prokurorluqdanizah: Növbəti videoçarxda “Ölkə ərazisindən kənarda cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşı xarici dövlətə ekstradisiya oluna bilərmi?”

Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.