CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında kursantlar üçün növbəti təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Qəza-xilasetmə işlərinin aparılması taktikası” mövzusunda təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin əsas fəaliyyət planına uyğun olaraq keçirilən təlimin təşkilatçıları nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və FHN-in Akademiyası olub.