DÜNYA


Çində binanın çökməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb

Çinin Çanşa şəhərində çökən binada axtarış işləri başa çatıb. Dağıntılar altında qaldığı güman olunan 53 nəfərin meyiti tapılıb.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, mayın 6-da gecə saat 3 radələrində itkin düşənlərdən sonuncu şəxsin meyiti tapıldıqdan sonra axtarış əməliyyatı dayandırılıb. Beləliklə, indiyədək dağıntı altından 10 nəfər xilas edilib, 53 nəfərin meyiti aşkarlanıb. Sonuncu olaraq qəzadan 132 saat sonra qadın xilas edilib.