SİYASƏT


Hərbi qulluqçular arasında beşnövçülük üzrə yarışlar keçirilib

Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına uyğun olaraq hərbi qulluqçular arasında "Hərbi beşnövçülük" üzrə birincilik yarışları keçirilib.
Açılış mərasimindən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Qoşun növlərini və birləşmələri təmsil edən 10 komanda fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb. Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, avtomatdan atış, qumbaraatma, 8 km məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.