CƏMİYYƏT


Azərbaycanla Qazaxıstan arasında dini sahədə əməkdaşlığın artırılması müzakirə edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Baş Müftisi Naurızbay Hacı Tağanulı ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin rəhbər və nümayəndələri ilə görüşdə Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün bütün sahələrində, o cümlədən dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini qeyd edən QMİ sədri bu münasibətlərin dövlətlərimizin və xalqlarımızın ümumi maraqlarına və mənafelərinə cavab verdiyini xüsusi vurğulayıb.