CƏMİYYƏT


Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin növbəti görüşü Şuşada keçirilə bilər

Qazaxıstanın Türküstan şəhərində “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini idarə rəhbərlərinin iştirak etdiyi beynəlxalq konfransda Türkiyə Diyanət İşləri Başkanı Ali Erbaş, TDT-nin baş katibi Bağdad Amreyev, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Nauryzbay Hacı Tağanulı, Qazaxıstan informasiya və icma inkişafı naziri Askar Umarov, BTA prezidenti Darxan Kıdırali və digərləri iştirak edirlər.