CƏMİYYƏT


Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsinin qalibləri müəyyənləşib

Mayın 6-da Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonların (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) təhsil müəssisələri arasında keçirilən yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla anılıb.