SİYASƏT


“Nəsillərdən nəsillərə əmanətdi Əhməd Cavad” adlı yubiley tədbiri keçirilib

Azərbaycan Respublikası Prezidentinin Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında 20 aprel 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Ordusunda silsilə tədbirlər həyata keçirilir.Müdafiə Nazirliyinin təşkilatçılığıyla unudulmaz istiqlal şairimizin anadan olmasının 130 illiyi münasibətilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Nəsillərdən nəsillərə əmanətdi Əhməd Cavad” adlı tədbirdə dövlət himnimizin müəllifinin doğma Vətənin azadlığı, müstəqilliyi naminə mübarizələrdə keçən ağır, eyni zamanda, şərəfli ömür yoluna çıraq tutulub, xatirəsi əsgəri ehtiramla yad edilib.