Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda ABŞ ilə Xəzər regionu ölkələri arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib

07.05.2022 [10:59]

Xəbərin mətni

Vaşinqtonda, Milli mətbuat klubunun binasında ABŞ ilə Xəzər regionu ölkələri arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Xəzər Siyasət Mərkəzinin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Özbəkistanın Vaşinqtondakı səfirliklərinin koordinasiyailə ilə təşkil etdiyi tədbirdə ABŞ administrasiyasından yüksəkvəzifəli rəsmi şəxslər və Xəzəryanı ölkələrin diplomatik missiyasının nümayəndələri, eləcə də ABŞ paytaxtının akademik təsisatlarının, analitik mərkəzlərinin, biznes icmasının təmsilçiləri iştirak edirdilər.

Bölmənin digər videoları