Fransanın yeni Prezidentinin andiçmə mərasimi keçirilib
07.05.2022 [16:37]
Xəbərin mətni
Mayın 7-də Yelisey sarayında Fransanın yeni seçilmiş Prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasiminin əvvəlində Fransa Konstitusiya Şurasının prezidenti Loran Fabius çıxış edərək, prezident seçkilərinin rəsmi nəticələrini açıqlayıb. O qeyd edib ki, Emmanuel Makron seçkilərdə 18 milyon 768 min 639 səs toplayıb.