CƏMİYYƏT


FHN: Paytaxtda əsən güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb

Ölkə ərazisində ötən gündən başlayaraq hava şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək müşahidə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, küləyin təsirindən paytaxtda bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.
Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır