DÜNYA


Rusiyanın Krasnoyarsk diyarında yanğınlar nəticəsində 5 nəfər həlak olub

Bu barədə Rusiya FHN-in Krasnoyarsk üzrə Baş İdarəsi məlumat yayıb.
Hazırda regionun 16 yaşayış məntəqəsində yanğın 200-ə yaxın evi bürüyüb. Saniyədə 40 metr sürətlə əsən külək yanğının söndürülməsinə mane olur. Regionda fövqəladə vəziyyət elan edilib.
Omsk vilayətində də güclü külək səbəbindən kütləvi yanğınlar müşahidə olunur. Burada 288 nəfər evsiz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır