Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb

08.05.2022 [12:14]

Xəbərin mətni

Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 7-si şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gündüz saatlarında bölgədə güclü külək olub. Axşam saatlarında isə yağış, sulu qar və dağlıq ərazilərdə qar yağıb.Qubanın Qrız kəndində 2, Xınalıqda 1 santimetr hündürlüyündə qar qeydə alınıb.