Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qeyri-sabit hava şəraiti Türkiyədə bir sıra fəsadlar yaradıb

08.05.2022 [13:02]

Xəbərin mətni

Türkiyənin müxtəlif bölgələrində qeyri-sabit hava şəraiti davam edir. Qar, sel, daşqınlar səbəbindən bir sıra yerlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.AZƏRTAC xəbər verir ki, yağan qar və yolların buzlanması Van-Hakkari avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Yolun bağlanması səbəbindən çox sayda nəqliyyat vasitəsi bölgədə hərəkətsiz qalıb.