FHN: Bakıda yaşayış binasının tavanı uçub, köməksiz vəziyyətdə qalan 4 nəfər təxliyə edilib
08.05.2022 [14:00]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında uçqun baş verməsi və vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.