Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə sərhədində səkkiz kilometrlik “tır” növbəsi yarandı

08.05.2022 [14:51]

Türkiyənin Qafqaz və Orta Asiyaya açılan ən əhəmiyyətli qapılarından biri olan Sarp sərhəd keçid məntəqəsində yük maşınlarından ibarət səkkiz kilometr uzunluğunda növbə yaranıb.İxrac yüklərini çatdırılacaqları ölkələrə daşımaq üçün Türkiyənin müxtəlif bölgələrindən yola düşən “tır”lar ərazidə sıxlıq yaradıb.