CƏMİYYƏT


Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilovun xatirəsi anılıb

Mayın 8-də Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, baş əsgər Elməddin Vəkilovun anım mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib, məzarına gül-çiçək dəstələri düzülüb.
Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Kamran Bayramov, rayon polis şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Natiq Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölməsinin rəisi Mirqasım Abbasov, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, hərbçilər, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.