CƏMİYYƏT


Yevlax məktəbliləri Ulu Öndərə olan sevgilərini hərbi paradla nümayiş etdiriblər

Yevlaxda xalqımızın ümummilli lideri, dahi şəxsiyyət, əbədiyaşar insan Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Yevlax məktəblilərinin hərbi paradı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, paradda iştirak edən hərbi geyimli yüzlərlə məktəbli Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnikaların maketlərinin müşayiəti ilə şəhərin mərkəzi prospektində ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısından keçiblər. Şuşa qalasının maketinin nümayişi, peşəkar aktyorların canlandırdığı Qarabağ xanı Pənahəli xanın, Xan qızı Xurşudbanu Natəvanın obrazlarının iştirakı parada xüsusi rəng qatıb.