DÜNYA


Çin kosmik stansiya üçün növbəti karqo gəmisini orbitə göndərib

Çin özünün kosmik stansiyasının quraşdırılması üçün növbəti karqo gəmisi olan “Tiencou-4”ü (Tianzhou-4”) orbitə göndərib.
AZƏRTAC xəbər verir ki, kosmik gəmini orbitə “Böyük yürüş-7 Y5” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla gecə saat 1:56-da baş tutub. Karqo gəmisi artıq “Tienhe” kosmik stansiyasının əsas modulu ilə birləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır