Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində yeni yaradılacaq parkda ağac əkiblər
10.05.2022 [21:56]
Xəbərin mətni
İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Füzuliyə səfərləri çərçivəsində şəhərdə yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisində ağac əkiblər.