Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeron rayonunda 35 evdən oğurluq edən şəxslər saxlanılıblar

11.05.2022 [12:47]

Xəbərin mətni

Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 5200 manat dəyərində televizor, həmçinin qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 4 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb.