Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çaylarda mühafizə tədbirləri görülür

11.05.2022 [15:45]

Xəbərin mətni

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi qrafikə uyğun olaraq işini davam etdirir. İdarənin vəzifəsi əhalini, yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularının zərərli təsirlərindən qorumaqdan ibarətdir. Bu məqsədlə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, idarənin xidməti ərazisinə daxil olan ərazilərdə fəaliyyət göstərir.