SİYASƏT


Özbəkistanda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycanın Özbəkistandakı Səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddəki “Hyatt Regency” otelində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin səfirlikdəki abidəsi önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.
Daşkənddəki “Hyatt Regency” otelində təşkil olunan tədbirdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət nümayəndələri, yerli azərbaycanlılar, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak ediblər.