Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun büstü açılıb

11.05.2022 [17:46]

Xəbərin mətni

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun adını daşıyan Qusar rayon Həzrə kənd orta məktəbinin qarşısında qəhrəman döyüşçünün büstü qoyulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 11-də rayon rəhbərliyi, Milli Qəhrəmanın ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə büstün açılış mərasimi keçirilib.