CƏMİYYƏT


Qobustanda Vətən müharibəsi şəhidinin adına tikilən bulaq istifadəyə verilib

Qobustanda Vətən müharibəsi şəhidi Sərxan Eldar oğlu Hacıyevin xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 11-də keçirilən açılış mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda şəhidin şərəfli həyat yolundan danışılıb. Qeyd edilib ki, Sərxan Hacıyev 1990-cı il iyulun 8-də Qobustan şəhərində anadan olub. Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır