DÜNYA


“Xiaomi” şirkəti “ağıllı çarpayı” buraxıb

Çinin “Xiaomi” şirkəti idarəetmə ilə “ağıllı çarpayı” buraxıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “8H Feel Leather Smart Electric Bed X Pro” adlanan cihaz intellektual idarəetmə sistemi və elektrik ötürücü ilə təchiz edilib. Ağıllı mebel yaradıcılarının fikrincə, “Xiaomi” tərəfindən buraxılan çarpayı xoruldama ilə mübarizə aparmağa imkan verir. Yuxu zamanı kənar səslər aşkar edilərsə, cihaz oksigen tədarükü üçün tənəffüs yollarını açmaq üçün arxanı 15 dərəcə qaldıracaq. Xoruldama dayandıqdan sonra çarpayı yuxunu pozmadan avtomatik olaraq uzanmış vəziyyətə qayıdır.