CƏMİYYƏT


Sabirabadda “Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunub. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad rayonunun şəhər mərkəzində yerləşən abidələri ziyarət olunub.