Vətən müharibəsi şəhidi Səbuhi Sadıqovun xatirəsi anılıb
12.05.2022 [16:40]
Xəbərin mətni
Vətən müharibəsi şəhidi Sadıqov Səbuhi Rövşən oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Füzuli rayonunun axundu, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsi anılıb. Çıxış edənlər Səbuhinin həyatından və döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.