CƏMİYYƏT


FHN: İntihar məqsədilə özünü dənizə atan şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Qaradağ rayonu ərazisində, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 metr məsafədə bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat verilib. FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilib. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.