CƏMİYYƏT


Gədəbəydə kənd turizmi - evlərin gündəlik kirayə qiymətləri 30-50 manat arasında dəyişir

Azərbaycanın zəngin turizm potensialına malik ərazilərindən biri də Gədəbəy rayonudur. Bu dağlıq rayonun zəngin təbiəti, tarixi abidələri, əsrarəngiz coğrafi məkanları var. Rayon, həmçinin gözəl iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi ilin bütün fəslində turistlərin diqqətini özünə çəkir. Yayda istirahətə gələnlər isə istirahət məkanı və otellərdən çox fərdi evlərə üz tuturlar. Elə buna görə də yay gələn kimi evlərini kirayəyə verən sakinlər öz hazırlıqlarını indidən görürlər, şəraitlərini qururlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır