Azərbaycan-Koreya diplomatik əlaqələrinin ildönümü münasibəti ilə Seulda yubiley ağacı əkilib
13.05.2022 [12:38]
Xəbərin mətni
Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Seul şəhərinin Yonqsan rayonundakı Şinqye Tarix Parkında yubiley ağacı əkilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü, Yonqsan meriyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə yerli ictimaiyyət və media nümayəndələri, Koreyadakı Azərbaycan icmasının üzvləri də iştirak edib.