CƏMİYYƏT


Yuxarı Şirvan kanalı 10 rayonda 130 min hektar sahənin suvarılmasını təmin edir

Mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan kanalı Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanal Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təminatını yaxşılaşdıran əsas arteriyalardan biridir. 64 ildir istismara verilən kanala Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi xidmət edir.