Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kaliforniyada milyonlarla dollarlıq malikanələr yanıb

13.05.2022 [16:18]

Sürətlə yayılan meşə yanğını səbəbindən Kaliforniyanın Orinc dairəsində dəyəri milyonlarla dollarla qiymətləndirilən ən azı 20 ev yanıb. Bu barədə yerli yanğınsöndürmə idarəsinin məlumatında bildirilib. Yanğın “Laquna” çimərliyi yaxınlığında milyonlarla dollar dəyərində malikanələri əhatə edib.