CƏMİYYƏT


“Özün Yarat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Heydər Əliyev Mərkəzinin parkında “Özun Yarat” müsabiqəsinin açıq havada mükafatlandırma mərasimini keçirib.AZƏRTAC xəbər verir ki, əvvəlcə Aİ, ETSN və BMTİP nümayəndələri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən “EU4Climate” regional layihəsi çərçivəsində başlanmış “Özün Yarat” müsabiqəsinin qaliblərinin əl işləri ilə tanış olublar.