CƏMİYYƏT


Xaçmazda ilk dəfə keçirilən “Yaz festivalı” böyük coşqu ilə qeyd olunub

Mayın 14-də Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk dəfə keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.