CƏMİYYƏT


Bərdədə Beynəlxalq Ailə Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə türbəsinin qarşısında 15 May – Beynəlxalq Ailə Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin, Qarabağ Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının, Bərdə regional “ASAN xidmət” mərkəzinin digər idarə və müəssisələrinin kollektivi, gənc, nümunəvi və yaradıcı ailələr, şəhid ailələri və qazilər iştirak ediblər.