CƏMİYYƏT


Gədəbəydə çoban heykəli görənlərin marağına səbəb olur

Azərbaycanın hər bölgəsində bir-birindən maraqlı müxtəlif abidələrə, heykəllərə rast gəlinir. Bu abidələrdən biri də Gədəbəydəki çoban heykəlidir. Əlində çomağı, şux duruşu ilə yol kənarındakı hündür qaya üstündə ucaldılan çoban heykəli yoldan keçənlərdə xoş hisslər yaradır.AZƏRTAC xəbər verir ki, Gədəbəy rayonunun Qaraməmmədli kəndindəki çoban heykəli təxminən ötən əsrin 60-cı illərində, yaylağa gedib-gələn bölgə çobanlarının şərəfinə dövlət tərəfindən ucaldılıb. Abidənin üzərində “SSRİ Dövlət mükafatı laureatı Çoban Qaraca” yazısı qeyd olunub.