CƏMİYYƏT


Arzu Oqtay: Ağdamda ata ocağımdan salamat hissə tapacağıma ümid edirdim

İşğaldan azad edilən Ağdam şəhərinə budəfəki səfərimizdə Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) təsisçisi və həmsədri Arzu Oqtay da bizimlə idi. O, uşaqlığının və gəncliyinin keçdiyi ata yurdunu qürur, sevinc və dərin kədər hissi ilə ziyarət edib, ermənilər tərəfindən tamamilə dağıdılmış evin həyətindən özü ilə Vətən torpağı götürüb.