CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Hüseyn Qasımovun xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Qasımov Hüseyn Kamil oğlunun doğum günündə xatirəsi anılıb. Şəhidin Beyləqan rayonu Qəhrəmanlı kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.