CƏMİYYƏT


Ankarada Azərbaycanın azad edilmiş bölgələrində aparılmış araşdırmanın nəticələrinə dair hesabat təqdim olunub

Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının “Azərbaycanın işğaldan azad edilmiş bölgələrində həyata keçirilmiş araşdırmanın nəticələrinə dair hesabatı”nın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Türkiyənin Baş Ombudsman Aparatında keçirilən mərasimdə hesabat İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç tərəfindən açıqlanıb.