SİYASƏT


Rəhman Mustafayev: Bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss edib

Azərbaycanda üç yəhudi icması var: dağ yəhudiləri, aşkinazi yəhudiləri və Avropa (gürcü) yəhudiləri. Hazırda dağ yəhudiləri ölkənin yəhudi diasporunda sayca üstünlük təşkil edir. Bu icmalar arasında ən qədimi, əcdadlarının təxminən 15 əsr əvvəl burada məskunlaşdığı deyilən dağ yəhudiləri icmasıdır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev səfirliyin Mədəniyyət Mərkəzində keçirilən Fransa yəhudi ravvinlərinin Konqresində deyib.