CƏMİYYƏT


İsmayıllıda avtomobili sel aparıb

İsmayıllı rayonu ərazisində çaya gələn güclü sel avtomobili aparıb, sürücü çətinliklə xilas olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə Girdiman çayında baş verib. Belə ki, rayonun Zərnava kənd sakini, 1988-ci il təvəllüdlü Zamiq Tofiq oğlu Ağayev idarə etdiyi 99-MV-259 dövlət nömrə nişanlı "UAZ" markalı avtomobillə Girdiman çayından keçərək kəndə gedərkən qəflətən güclü sellə qarşılaşıb. O, avtomobili çaydan çıxara bilməyib. Sel avtomobili bir neçə dəfə aşıraraq aparıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, suda boğulmaqdan xilas olub.