CƏMİYYƏT


FHN: “Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün təlim keçirilir

Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə tədbir və təlimlərin təşkilinə start verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə mayın 14-dən başlayaraq ümumilikdə dörd gün ərzində nazirliyin Akademiyasında FHN-in dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün təlimlər keçirilir.