Xaçmazda xalasının evindən oğurluq edən şəxs saxlanılıb
18.05.2022 [11:16]
Xəbərin mətni
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib.