CƏMİYYƏT


30 il sonra baba yurdunda – qürur, sevinc və kədər hissləri

Yolumuz yenə də işğaldan azad edilmiş Ağdam şəhərinədir. Bizimlə birlikdə yol yoldaşı olan Elyar Məmmədov və Kəmalə Qarayeva çox həyəcanlı idilər. Çünki 30 ildir ayrı düşdükləri, uşaqlıq və gənclik illərinin keçdiyi baba yurdlarına qədəm qoyurdular.Elyar Məmmədov və Kəmalə Qarayeva AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Bakı şəhərində doğulsalar da, ömürlərinin ən yaddaqalan, xoş günləri Ağdamda – baba və nənələrinin evində keçib. 1992-ci ilə qədər hər yay Ağdama gələr, burada qalardılar.