CƏMİYYƏT


FHN: Ötən sutka 29 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Bərdə rayonunda “КамАЗ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan yük avtomobilində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas olunub.