CƏMİYYƏT


Nəsimi rayonunda “Abad həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub

Nəsimi rayonunda həyata keçirilən silsilə tədbirlər çərçivəsində 600-dən artıq nəfər sakinin yaşadığı Moskva prospekti 90 və 92 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib. Hazırlanmış layihəyə uyğun olaraq, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.