Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyada məktəbdə atışma olub

19.05.2022 [16:44]

Almaniyanın Bremerhaven şəhərində məktəbdə silahlı insident olub. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxslər Lloyd gimnaziyasında şagirdlərə atəş açıblar. İlkin məlumata görə, bir nəfər ağır yaralanıb. Hüquq-mühafizə əməkdaşları hücum edənlərdən birini saxlayıblar.