Azərbaycan Dövlət İnformasiya Agentliyi

Estoniyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub

20.05.2022 [11:54]

Xəbərin mətni

Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Estoniyanın ətraf mühit naziri Erki Savisaar, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sester, Estoniyada akkreditə olunan bir sıra diplomatik nümayəndəliklərinin, Estoniyadakı Azərbaycan icmasının, həmçinin yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.